EN

“Kəpəz” “Turan Tovuz”la qarşılaşacaq

“Kəpəz” Qəbələdə “Turan Tovuz”la yoxlama matçı keçirəcək. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş iyulun 10-da, saat 17:00-da başlayacaq. 

“Kəpəz” iyulun 14-də Azərbaycan Premyer Liqasının digər təmsilçisi “Şamaxı” ilə yoxlama matçında üz-üzə gələcək.
Bu oyunun start fiti Qəbələ şəhər stadionunda, saat 17:30-da səsləndiriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
139
16
bizim.media

10Sources