EN

90 yaşlı qadın iki evin eyvanını yandırdı

Başqırdıstanda 90 yaşlı qadın eyvanında vedrədə zibil yandıraraq yanğın törədib.

32gun.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hadisə Sterlitamak şəhərində baş verib. Yaşayış binalarından birində dördüncü və beşinci mərtəbələrdəki eyvanlar yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər biri uşaq olmaqla 5 nəfəri xilas ediblər.

4 kvadratmetr sahədə yanğın söndürülüb. Yanğının söndürülməsində 16 fövqəladə hallar xidmətinin əməkdaşı iştirak edib.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin müstəntiqi yanğının nədən baş verdiyini müəyyən edə bilib. Məlum olub ki, yanğın orada plastik vedrədə zibil yandıran yaşlı qadının eyvanında başlayıb.

Ayxan 

Chosen
73
1
32gun.az

2Sources