EN

AÇ-2024: Niderland millisi darmadağınla 1/4 finalda!

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) 1/8 final mərhələsinin oyunları keçirilir.

Arena.az xəbər verir ki, pley-offun dördüncü oyun gününün ilk qarşılaşması Münhen şəhərində baş tutub.

Burada Rumıniya və Niderland yığmaları üz-üzə gəliblər. Bakı vaxtı ilə saat 20:00-da başlamış oyunun yekununda sevinən tərəf Niderland yığması olub. Ronald Kumanın komandası bu rəqibini 3 cavabsız qolla məğlub edib.

Günün digər oyunu Avstriya və Türkiyə yığmaları arasında baş tutacaq. Azərbaycanlı futbolsevərlərin də böyük maraqla gözlədiyi və Leypsiq şəhərində keçiriləcək bu görüşə saat 23:00-da start veriləcək.

Xatırladaq ki, daha öncə İsveçrə, Almaniya, İngiltərə, İspaniya, Fransa və Portuqaliya yığmaları 1/4 finala vəsiqəni təmin ediblər.

AÇ-2024
1/8 final
2 iyul

Rumıniya – Niderland 0:3
Qollar: Kodi Qakpo, 20. Donyell Malen, 83, 90+3.
Baş hakim: Feliks Svayer (Almaniya).
Münhen. “Alyans Arena”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
arena.az

1Sources