EN

“Azərbaycan həmişə tarazlığı qoruyub saxlaya bilib” – Oskanyan

“Əgər hələ də 100% alternativiniz yoxdursa, niyə əlinizdə olandan imtina edirsiniz?. Avropaya istiqamətlənmə blefdir, xalqımız yenə aldadılır. Aİ-də bizi heç kim gözləmir, bəlkə 20-30 ildən sonra bu baş verəcək, amma hazırda bu haqda danışanlar sadəcə olaraq yanılırıar”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

“Sadəcə şanslıyıq ki, Rusiya indiyədək bizə qarşı böyük səbir nümayiş etdirir. Siz Avropa İqtisadi İttifaqının bir hissəsisiniz və bu və ya digər dərəcədə onun üstünlüklərindən istifadə edirsiniz. Amma indi siz dediyiniz kimi Avropaya doğru gedirsiniz. Və beləliklə, Aİİ-nin aparıcı ölkəsi Rusiya Ermənistanın aktiv şəkildə Avropaya doğru irəlilədiyini görür, amma eyni zamanda yumşaq yanaşır. Bunu erməni xalqı üçün edirlər, heç bir zərər vermək istəmirlər. Əks halda bu gün qazın qiyməti 4 dəfə arta bilər, vergi tətbiq oluna bilər. Rusiya ilə açıq qarşıdurmanın (Ermənistan üçün) yaxşı nəticələri ola bilməz”, – deyə Oskanyan bildirib.

Onun fikrincə, ER rəhbərliyi siyasi kursunu davam etdirərsə, Rusiya Ermənistanı Azərbaycanla əvəz edə və onun vasitəsilə bu regiondakı problemlərini həll etməyə başlaya bilər.

“Rusiya Ermənistanı Azərbaycanla əvəz edə, bizi bütövlükdə unuda və strateji problemlərini Bakı vasitəsilə həll edə bilər. Biz artıq Şimal-Cənub yolunu itirmişik. Bu yaxınlarda üç fərqli proqrama baxdım, Ermənistan heç bir xəritədə yoxdur. Bu yol Hindistandan, Bəndər Abbasdan Rusiyaya, Azərbaycandan keçərək Avropaya gedir və bizimkilər indi də bir növ “Dünyanın kəsişməsindən” danışırlar.

Biz artıq bu yolu itirmişik, Şərq-Qərb yolu bizim üçün hələ mövcud deyil, Gürcüstan daha çox bir-birini tamamlayan siyasət aparır. Azərbaycan həmişə tarazlığı saxlaya bilib, indi bizə rəğmən Rusiya ilə münasibətlərini daha da dərinləşdirə və bizi əvəz edə bilər, Gürcüstan Rusiya ilə münasibətlərini normal vəziyyətə salacaq, biz isə tam təcrid vəziyyətində olacağıq. Bu hakimiyyətin siyasəti buna gətirib çıxarır və bu təhlükə qarşımızdadır. Region böyük dəyişikliklərə məruz qalır və rollarda dramatik dəyişiklik ola bilər”, – Oskanyan vurğulayıb.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
konkret.az

1Sources