EN

Ukrayna elektrik enerjisi ilə bağlı vəziyyətə görə üç ölkədən yardım istədi

Ukrayna pik yüklənmə dövründə Macarıstan, Polşa və Slovakiyanın enerji sistemlərindən təcili yardıma müraciət edib. 

Valyuta.az xəbər verir ki, bu barədə Ukraynanın "Ukrenerqo" enerji şirkəti öz "Telegram" kanalında məlumat yayıb.

"Dünən, iyulun 1-də Ukrayna Macarıstan, Polşa və Slovakiyadan təcili elektrik enerjisi tədarüklərini cəlb etdi", deyə mesajda qeyd edilir.

Bildirilir ki, belə bir ehtiyac axşam saatlarında istehlak məhdudiyyətlərinin həcmini azaltmaq və enerji sistemində ehtiyatları saxlamaq üçün yaranıb. 

"Ukrenerqo"nun məlumatına görə, çərşənbə axşamı, iyulun 2-də Rumıniya, Slovakiya, Polşa, Macarıstan və Moldovadan ümumi həcmi 30,7 min meqavat-saat elektrik enerjisinin idxalı planlaşdırılır.

İyulun 1-də "Ukrenerqo"nun rəhbəri Vladimir Kudritski şikayət edib ki, Avropa İttifaqı ölkələrində yay istehlakının artması səbəbindən ölkə Avropa ölkələrindən daha az elektrik enerjisi almağa başlayıb.

Bundan əvvəl “Ukrenerqo” Avropa ölkələrindən elektrik enerjisi idxalında rekord artımın qeydə alınması planlarından danışıb. Şirkətin məlumatına görə, idxal 33,5 min MVt/saatı keçə bilər, lakin ixrac gözlənilmir.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
valyuta.az

1Sources