EN

Hindistanda ritual zamanı izdihamda 27 nəfər ölüb

Hindistanda ritual zamanı izdihamda 27 nəfər ölüb.

BiG.AZ xəbər verir ki, Uttar Pradeş əyalətinin Hathras bölgəsindəki Sikandara Rau qəsəbəsində keçirilən "satsanq" adlı ritual zamanı izdiham yaşanıb. İlkin hesablamalara görə, izdiham nəticəsində 27 nəfər ölüb.

"İzdihamda 25-i qadın, 2-si kişi olmaqla 27 nəfər həyatını itirdi. Yaralılardan bəziləri xəstəxanalara aparıldı" ,- deyə əyalətin Etah bölgəsinin səlahiyyətlilərindən Dr. Umesh Kumar Tripathi mövzu ilə bağlı verdiyi açıqlamada bildirib.

Yüksək rütbəli polis zabiti Rajesh Kumar da izdihamda ölənlər arasında 3 uşağın olduğunu bildirib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
big.az

1Sources