EN

"iPhone 16 Pro" və "iPhone 16 Pro "Max haqqında yeni detallar ortaya çıxdı

"iPhone 16 Pro" və "iPhone 16 Pro Max" "Samsung"un ən son "M14 OLED" panellərini təqdim edəcək. 

Valyuta.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın "ETNews" nəşri istehsal zəncirindəki mənbələrə istinadən məlumat yayıb.

"M" hərfi "Samsung"un displey istehsalında istifadə etdiyi materiallar dəstini, 14 rəqəmi isə nəsil nömrəsini göstərir. Ən yeni nəsil məhz 14-cü nəsildir. M14 panelləri sələflərindən daha yüksək görüntü və ümumi məhsul keyfiyyəti təklif edir.

Bununla belə, daha ucuz modellərin - "iPhone 16" və "iPhone 16 Plus"ın M12 panelləri ilə təchiz ediləcəyi də məlum olub. Onlar M14-dən iki nəsil yaşlıdırlar.

"iPhone 16 Pro" və "iPhone 16 Pro Max" "Samsung M14" matrislərini alacaq yeganə 2024 flaqman deyil. "ETNews"un məlumatına görə, yeni "Google Pixel 9" xəttinin bütün modelləri müasir ekranlara sahib olacaq.

"iPhone 16" seriyası çox güman ki, 2024-cü ilin sentyabrında təqdim olunacaq. Eyni zamanda, "Google Made by Google" şousu çərçivəsində avqustun 13-də yeni "Pixel" smartfonlarını elan edəcək.

Paşa Məmmədli

Chosen
188
34
valyuta.az

10Sources