EN

"Çelsi" klubu yeni transferini rəsmən açıqlayıb

İngiltərənin "Çelsi" klubu müqavilə əsasında "Lester" kollektivinə məxsus olan Dyuzberi Hollu transfer edib.

Ednews London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, "zadəganlar" son mövsümü icarə əsasında "Luton"da (İngiltərə) keçirən 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, D.Holl ötən mövsüm İngiltərə Çempionşipdə 44 oyun keçirib və 12 qol vurub.

Chosen
23
12
ednews.net

10Sources