EN

Əliyevdən Ermənistana yeni təklif- sazişdən əvvəl bu sənədi imzalaya bilərik...

Image

Məhəmməd Əsədullazadə: “Przidentin təklif etdiyi variantın reallaşması ehtimalı yüksəkdir”

Prezident İlham Əliyev Kanadanın yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən bəyan edib ki, əvvəlcə sülh sazişinin prinsipləri barədə razılığa gəlmək, sonra saziş mətnini hazırlamaq olar: 

“Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.

Maraqlıdır, bu variant nə qədər uğurlu ola bilər?

“Hətta artıq mətnlər də hazırdır, müəyyən detallar da razılaşdırılıb, ikitərəfli delimitasiya və demarkasiya ilə bağlı işlər gedir” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Azərbaycan tərəfinin, Ermənistan tərəfinə etdiyi təkliflər əsasən tez bir zamanda sülh müqaviləsinin bağlanmasıdır. O baxımdan cənab Prezidentin qeyd etdikləri beynəlxalq hüquqa və ikitərəfli razılaşmalara söykənir. İstər keçmiş Madrid prinsipləri olsun, istərsə də Azərbaycanın digər təklifləri Ermənistan tərəfindən qəbul edilməlidir. Bununla yanaşı, Ermənistan tərəfi sülh sazişini imzalamaq üçün konstitusiyasında və qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Yalnız o halda sülh sazişi imzalamaq mümkündür. Hətta artıq mətnlər də hazırdır, müəyyən detallar da razılaşdırılıb, ikitərəfli delimitasiya və demarkasiya ilə bağlı işlər gedir. O baxımdan hesab edirəm ki, baza prinsipləri çərçivəsində çərçivə sazişi imzalana bilər. Fikrimcə, COP29-a kimi çərçivə sazişi imzalana bilər. Ancaq istənilən halda, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması Ermənistan konustitusiya dəyişikliklərindən sonra mümkün olacaq. Görünən odur ki, Ermənistanla Azərbaycan arasında mühüm razılaşmalar var. Azərbaycanda həbsdə olan separatçı liderler istisna olmaqla, İkinci Qarabağ müharibəsindən sonra Hadrut təxribatlarında həbs olunan erməni hərbiçilərin azad edilməsi istiqamətində də danışıqlar gedir. Ümumi götürdükdə, Ermənistan Zəngəzur dəhlizinin açılmasına da razılıq verib. Bir sözlə, Przidentin təklif etdiyi variantın reallaşması ehtimalı yüksəkdir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources