EN

Türkiyədə iğtişaşlar səngimir: 474 nəfər saxlanıldı

"Polis Türkiyənin cənubundakı Kayseri vilayətində baş verən iğtişaşlardan sonra 474 nəfəri saxlayıb".

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X" sosial şəbəkəsind məlumat verib.

O, Kayseri hadisəsindən sonra Türkiyənin bəzi şəhərlərində suriyalılara qarşı etirazların təşkil edildiyini bildirib.

“Qanunsuz vasitələrlə həyata keçirilən təxribat xarakterli hərəkətlərdən sonra 474 nəfər saxlanılıb”, - deyə o yazıb.

Yerlikayanın sözlərinə görə, saxlanılanlar arasında 285 nəfər müxtəlif cinayətlərə görə məhkum olunub. O, həmçinin sakinləri təmkinli olmağa, təxribatlara boyun əyməməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
publika.az

1Sources