EN

Evlilik seçimini necə etməli? - Qeyri-adi nəzəriyyə

Alimlər insanların həyat yoldaşı seçmə prinsipini kəşf ediblər.
 
 Florida Universitetinin professoru Qreqori Vebsterin rəhbərlik etdiyi qrup tərəfindən aparılan yeni araşdırma insanların öz cəlbediciliyini dəqiq qiymətləndirmək və oxşar xüsusiyyətlərə malik tərəfdaşları seçmək qabiliyyətinə malik olduğunu göstərib.
 
Tədqiqatçılar 1300 heteroseksual cütlüyün iştirak etdiyi 27 müxtəlif araşdırmanın məlumatlarını təhlil ediblər. Təhlil çərçivəsində iştirakçılardan fiziki cəlbediciliklərini qiymətləndirmələri istənilib, bundan sonra obyektiv qiymətləndirmə üçün cütlüklərin fotoşəkilləri yad şəxslərə göstərilib.
 
Lopez və Afflek evlərini 60 milyon dollara satışa çıxarıblar
Məşhur aktyoru köpək balığı PARÇALADI
Donald Tramp məşhur müğənni haqqında görün nələr danışdı
Nəticələr göstərib ki, özlərini cazibədar hesab edən həm kişilər, həm də qadınlar oxşar cəlbedicilik səviyyələrinə malik tərəfdaşlar tapmağa meyllidirlər. Bu, insanların öz cəlbedicilik səviyyələrinə görə, həyat yoldaşları seçməyə meylli olduqları nəzəriyyəsini dəstəkləyir.
 
Məlumatların meta-analizi ilk olaraq 1988-ci ildə aparılıb və elm adamları bu yaxınlarda məlumatların təhlili metodlarını yeniləyərək, əvvəlki tapıntıların daha dərinləşməsinə və yenidən qiymətləndirilməsinə imkan yaradıblar. Vaxt keçməsinə baxmayaraq, əsas nəticələr aktual olaraq qalır və yeni təhlillərlə təsdiqlənir.
 
Tədqiqat həmçinin müəyyən edib ki, insanların cazibədar hesab etdikləri mədəniyyətlər və dövrlər arasında ardıcıllıq var, baxmayaraq ki, cəlbediciliyin bəzi aspektləri dəyişə bilər. Bununla belə, tərəfdaş seçimini müəyyən edən əsaslar sabit və ardıcıl olaraq qalır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
1
moderator.az

2Sources