EN

Qaradağ rayonunda Azərbaycan Polisi Günü qeyd edildi

Yazını böyüt
Yazını kiçilt

Polis işçilərinin peşə bayramı günü münasibətilə Qaradağ rayonunda tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, İcra Hakimiyyətinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Polis İdarəsinin rəis müavinləri və əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 02 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik edib. O, Azərbaycan polisinin cinayətkarlığa qarşı mübarizəsindən söz açaraq, ictimai təhlükəsizliyi təmin etmək kimi məsul vəzifənin öhdəsindən uğurla gələrək, fəaliyyətinin 106 ili ərzində uzun, tarixi və şərəfli bir yol keçdiyini vurğulayıb. Daxili İşlər orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd edib. Başçı bu gün prezident İlham Əliyevin də polis işçilərinə diqqət və qayğıkeşliklə yanaşmasından, onların sosial problemlərinin həll edilməsindən, şəxsi heyətin məişət şəraitinin əsaslı şəkildə yaxşılaşdırılması üçün atılan addımlardan danışıb.

Tədbirin sonunda polis orqanlarında səmərəli fəaliyyətinə və Azərbaycan Polisi Günü münasibətilə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə təltif ediliblər.

Chosen
4
1
hafta.az

2Sources