Qarabağ Universitetində Tədris məsələləri üzrə prorektor və Elm və İnnovasiya məsələləri üzrə prorektor vəzifələri üzrə vakansiyalar elan edilib.
NOCOMMENT.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən apa-ya verilən məlumata görə, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_prorektor” yazmaqla karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar üzrə son müraciət tarixi 8 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elanlar vasitəsilə tanış ola bilərlər.
Tədris məsələləri üzrə prorektor: https://t.ly/TF6WJ
Elm və İnnovasiya məsələləri: https://t.ly/Rrict