EN

Sabah Astanada İlham Əliyev və Putin arasında görüş olacaq

Rusiya Prezidenti Vladimir Putin iyulun 3-də Astanada Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan, Pakistan və Türkiyə liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Rusiya Federasiyasının prezidentinin ikitərəfli danışıqları iyulun 4-də davam edəcək.

Qeyd edək ki, İyulun 3-4-də Astanada ŞƏT sammiti keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

2Sources