EN

Rosatom Türkiyə ilə yeni layihələr həyata keçirməyə sadiqdir - Dedusenko

Rosatom Dövlət Korporasiyası Akkuyu AES-in tikintisi layihəsini və Türkiyə ilə nüvə enerjisi sektorunda yeni layihələri ən yaxşı şəkildə həyata keçirməyə sadiqdir. 

Valyuta.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən NPPES-2024 Atom Elektrik Stansiyalarının sərgi və beynəlxalq sammitində Akkuyu Nüvə layihəsi şirkətinin Direktorlar Şurasının sədr müavini Anton Dedusenko bildirib.

“Akkuyu AES-in tikintisi layihəsini ən yaxşı şəkildə həyata keçirmək əzmindəyik”, - o deyib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi Rosatom-a Türkiyədə yeni atom elektrik stansiyalarının tikintisi də daxil olmaqla, irəliyə baxmağa imkan verir. Dedusenko xatırladıb ki, Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparlsan Bayraktar daha əvvəl bildirib ki, yaxın gələcəkdə Türkiyə tərəfi Qara dənizin Sinop vilayətində ikinci, Trakyada isə üçüncü AES-in ölkənin Avropa hissəsində tikinti layihələri üzrə tərəfdaşları barədə qərar verəcək..

Akkuyu Nüvə Direktorlar Şurasının sədr müavini onu da bildirib ki, Rosatom kiçik modul reaktorlar kimi bir sahədə Türkiyəyə çox şey təklif edir. “Biz Türkiyənin nüvə enerjisini inkişaf etdirmək planlarını yaxından izləyirik ki, bu da təkcə yeni böyük nüvə gücləri deyil, həm də sayı ən azı 16 ədəd olacaq kiçik modul reaktorlar vasitəsilə 5 min GVt nüvə gücü təmin edəcək.

"Rosatom"un bu istiqamətdə təklif edəcəyi çox şey var", - Dedusenko bildirib. 

O, həmçinin qeyd edib ki, Rosatom Akkuyu AES-in tikintisi təcrübəsini nəzərə alaraq, AES-in tikildiyi regionun hərtərəfli inkişafını təklif edir.

Akkuyu AES Türkiyənin Rosatom dövlət korporasiyası tərəfindən tikilən ilk atom elektrik stansiyasıdır. Akkuyu layihəsinə Rusiya istehsalı olan VVER III+ nəsil reaktorları olan dörd enerji bloku daxildir. Hər bir enerji blokunun gücü 1200 MVt olacaq.

Hökumətlərarası sazişin şərtlərinə görə, AES-in birinci enerji blokunun istismara verilməsi bütün icazələr alındıqdan sonra yeddi il ərzində baş tutmalıdır. 2018-ci ildə ilk enerji blokunun tikintisi üçün lisenziyanın alınmasını nəzərə alsaq, bu müddət 2025-ci ilə təsadüf edir.

NPPES Atom Elektrik Stansiyası Sərgisi və Sammiti 2014-cü ildən Ankara Sənaye Palatası və Nüvə Sənayesi Dərnəyi (NIATR) tərəfindən Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə təşkil olunur.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
17
valyuta.az

10Sources