EN

Bakıda idarəetmədən çıxan “Nissan” dəmir arakəsməyə çırpılıb aşdı - VİDEO

Paytaxtın Yasamal rayonu Kənar dairəvi yolda qəza baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyulun 1-də səhər saatlarında qeydə alınıb. Hərəkətdə olan “Nissan Note” avtomobili anidən yoldan çıxaraq qəzaya uğrayıb. Şahidlərin iddiasına görə, hadisəyə səbəb yüksək sürət həddi olub. Nəticədə idarəetməni itirən sürücü maşın dəmir arakəsməyə çırpıb. Zərbənin təsirindən maşın aşıb. Yaxınlıqdakı insanlar avtomobildə sıxışmış vəziyyətdə qalan sürücünü çıxarıblar. Hadisə zamanı ağır xəsarət alan olmasa da, nəqliyyat vasitəsi sıradan çıxıb.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
avtosfer.az

1Sources