EN

Maksim Medvedevin məşqçi kimi ilk iş yeri bilindi

  Mövsümün sonunda karyerasını başa vuran “Qarabağ”ın artıq keçmiş kapitanı Maksim Medvedev məşqçi kimi fəaliyyət göstərəcək.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, artıq veteran müdafiəçinin iş yeri də müəyyənləşib. 

O, "Qarabağ"ın Futbol Akademiyasında çalışacaq. Maksim Ağdam təmsilçisinin U-14 komandasında köməkçi-məşqçi olacaq. Belə ki, millinin sabiq üzvü U-14-də baş məşqçi Samir Musayevə yardım edəcək.  

Chosen
15
5
referans.az

6Sources