EN

Damla haradadır?

Məsumə Məmmədovanın (Damla) prodüseri müğənninin İranın Ərdəbil şəhərində konsert verdiyi salonun yerli prokurorluq tərəfindən möhürlənməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Bu barədə Oxu.Az-a danışan Şamil İbrahimov bildirib ki, müğənni Ərdəbilə konsert üçün yox, toy məclisində iştirak etmək üçün gedib:

 

"Ərdəbilə konsert verməyə getməmişdik. Açıq havada toy mərasimi keçirilirdi. Orada iştirak etdik. Damla xanım hicabda olub. Hava Limanından çıxdıqdan sonra hicabsız olub. Yayılan məlumatlar yanlışdır. Biz orada heç bir problem yaşamadıq. Qayda pozuntusuna da yol verilməyib".

 

Ş.İbrahimov hazırda Məsumə Məmmədovanın Bakıda olduğunu vurğulayıb:

 

"Damla xanım Bakıdadır. Hər şey qaydasındadır".

 

 

Tarix: 2 İyul 2024, 18:22   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
pravda.az

1Sources