EN

Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində avtobus zolağı təşkil edildi

Bakının

Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində – İnşaatçılar prospektindən Mətbuat prospektinə qədər avtobus zolağı təşkil edilib.Bu barədə Ulusum.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.Məlumata görə, həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılır."Hər gün Ə.Haqverdiyev küçəsindən 1 123 dəfə avtobus keçir. İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz, əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırırıq. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək",- deyə məlumatda qeyd edilib.

Diqqət Çəkənlər

Azərbaycanın ABŞ-nin Los-Anceles şəhərindəki baş konsulu geri çağırıldı

"Facebook" xəbər məzmununu bloklayır?

2 iyul - Azərbaycanda Polis Günüdür

Chosen
94
30
ulusum.az

10Sources