EN

İranda "denge" qızdırmasına görə həyəcan təbili çalındı

Bakı. Trend:

İranda "denge" qızdırmasının epidemik hal alması təhlükəsivar.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyininyoluxucu xəstəliklərin idarəolunması mərkəzinin direktoru ŞəhnamƏrşi Tehranda nazirlikdə təşkil olunan mətbuat konfransındadeyib.

Onun sözlərinə görə, hazırda ölkənin 7 vilayətində (Sistan vəBəluçlestan, Hörmüzqan, Buşehr, Xuzistan, Gilan, Mazandaran vəGülüstan) “aedes” ağcaqanadı vasitəsi ilə denge qızdırmasınınyayılması riski böyükdür. Bundan başqa, ölkənin Qəzvin, Məşhəd vəQum kimi şəhərlərində də bu xəstəlik müşahidə olunub.

Ərşi deyib ki, İranın cənubunda yerləşən BƏƏ kimi ölkələrdə“aedes” ağcaqanadı mövcuddur. İranda da ağcaqanadlar dengeqızdırmasının daşıyıcılarına çevrilirlər. Gec-tez ölkənin digərvilayətlərində də xəstəlik yayıla və epidemiyanın şahidi olabilərik.

Qeyd edək ki, 20 apreldən bəri İranda denge qızdırmasınayoluxanların sayı 138 nəfərə çatıb. İranın Səhiyyə Nazirliyiyoluxanların əksəriyyətinin BƏƏ, Pakistan, İraq və digər ölkələrdəngəldiyini və ölkə daxilində yoluxmanın 7 nəfər olduğunubildirir.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
az.trend.az

1Sources