EN

“COP29-a ev sahibliyi etməklə Bakı bütün dünyanın paytaxtına çeviriləcək” - SORĞU

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il Azərbaycanda keçiriləcək. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

SİA COP29-un ölkəmizdə keçirilməsinin önəmi ilə bağlı sorğu keçirib:

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov:

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürüdür. Bu konfrans istər ölkələrin iştirakçılığı, istərsə də təmsilçilik baxımından dünyanın ən böyük tədbirlərindən biri hesab olunur. COP29 çərçivəsində müzakirə olunan mövzular iqlim təhlükəsizliyi, ekoloji tarazlığın qorunması, bu istiqamətdə dövlətlərin və insanların üzərinə düşən vəzifələr, alternativ enerji mənbələri, yaşıl enerjiyə keçid və bu istiqamətdə prosesin sürətləndirilməsi kimi dünya üçün vacib mövzular müzakirə olunur. Belə bir vacib gündəliyə sahib olan konfransın demək olar dünyanın bütün dövlətlərinin iştirakı ilə Azərbaycanda keçirilməsi məhz ölkəmizə olan beynəlxalq etimadın göstəricisidir. Eyni zamanda konfrans Azərbaycana özünün bərpaolunan, yaşıl enerji sahəsində, eyni zamanda bu istiqamətdəki gələcək planlar və hazırlıqlar istiqamətində öz müsbət təcrübəsini və planlarını digər dövlətlərlə bölüşmək imkanı verəcək.
Həmçinin COP29-un yeni əməkdaşlıqların qurulması istiqamətində də bütün iştirakçı dövlətlərə öz müsbət töhfəsini verəcəyinə əminəm. Çünki belə bir vacib konfransda dünya dövlətlərinin və beynəlxalq təşkilatların iştirakı bərabər tərəfdaşlıqların yaranmasına təkan verəcək. Konfransın gündəliyi istiqamətində müsbət nəticələr əldə olunacaq.

Ölkəmiz indiyə kimi bir çox beynəlxalq konfranslara, tədbirlərə uğurlu şəkildə ev sahibliyi edib. Hətta bu sahədə dünya dövlətlərinə nümunə olaraq göstərilir. Əminəm ki, eyni nümunəni COP29 çərçivəsində də bir daha bütün dünyaya göstərəcəyik. Azərbaycanın istər tədbirin təşkilatçılığı baxımından, istərsə də əsas hədəflərə nail olması baxımından öz müsbət nəticələrini bir daha başqa dövlətlərə təqdim etmək şansı olacaq”.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Rafael Hacıbəyli:

“COP29 ölkəmiz və bütün dünya üçün iqlim dəyişikliyiilə mübarizədə əhəmiyyətli bir tədbirdir. Bu zirvəgörüşü, dünya liderlərini, alimləri və gəncləri bir arayagətirərək, hərəkətə keçmək, dəyişiklik yaratmaq, yeni tərəfdaşlar cəlb etmək və qlobal səviyyədə kəskinhəllər tətbiq etmək üçün böyük bir şansdır. Azərbaycaniqlim dəyişikliyi ilə mübarizədə birgə səylərinəhəmiyyətini anlayır. Prezident Ilham Əliyevinnümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi AvropaQrupunun dövlətlərinin Azərbaycanın COP29-a evsahibliyi üçün namizədliyini dəstəkləməsi, bu tədbirindünya liderləri, alimləri və gəncləri bir araya gətirərəkyeni tərəfdaşlar cəlb etməsi və global səviyyədədəyişiklik yaratmaq üçün böyük bir fürsət təşkiletdiyini vurğulayır.

COP29 yenilənən enerji mənbələri ilə bağlı planlarınmüzakirə edilməsi və tətbiqi üçün bir tribuna roluoynamaqla yanaşı, gənclər üçün də böyük əhəmiyyətkəsb edir. Belə ki, tədbir zamanı keçiriləcəkdiskussiyalar gənclərin inkişafı və onların dünya iqlimdəyişikliyi ilə bağlı fikirlərinin formalaşmasındaönəmli rol oynayacaq. AR Gənclər Təşkilatları Milli Şurasının sədri olaraq, gənclərimizin iqlimdəyişikliyinə qarşı mübarizə arzusunu və səylərinigörmüşəm. Biz bu istiqamətdə müxtəlif tədbir vəlayihələr həyata keçirir, beynəlxalq əməkdaşlıqlarımızıgücləndiririk. Düşünürük ki, gənclərin bu sahəyə cəlbolunması onların qlobal məsələlərin həllində, diplomatik və əməkdaşlıq sahələrində necə fəal şəkildəiştirak etmək lazım olduğunu öyrədərək liderlikpotensiallarını inkişaf etdirməyə kömək edir. Eynizamanda, tədbirin keçirilməsi Azərbaycanıniqtisadiyyatının və sosial tərəfdaşlığın inkişafına, dünya iqlim dəyişikliyinin həllində daha sürətli vəəlverişli yolların axtarılmasına imkan yaradacaq”.

“İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı:

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün möhtəşəm nailiyyətdir və dünya ictimaiyyəti üçün böyük əhəmiyyət kəsb edir. Belə bir mötəbər tədbirin ev sahibi kimi Azərbaycanı seçməklə bağlı dünya dövlətlərinin yekdil qərarı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir.
Ölkə Başçısı ötən il dekabrın 15-də COP29 la bağlı keçirilən müşavirədə bildirmişdir ki: - “Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.”
Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və işinin öhdəsindən yüksək səviyyədə gəlib. Lakin bu tədbir həm miqyasına həm kəsb etdiyi mənaya həm də nüfuzuna görə digərlərini geridə qoyur.
Azərbaycan üçün COP29 davamlı inkişafa və ətraf mühitin mühafizəsinə sadiqliyimizi nümayiş etdirməklə ölkəmizin dünya miqyasında nüfuzunu artıracaq. Bu tədbir qlobal iqlim məqsədlərinə uyğun gələn yaşıl siyasət və təşəbbüslərin həyata keçirilməsində əldə etdiyimiz addımları vurğulamaq üçün unikal imkan verir. Ölkəmizin hər yerində gedən abadlıq işləri, parkların salınması, velosiped yollarının artırılması da məhz ətraf mühit məsələlərinə olan yanaşmanın bir hissəsidir. COP 29-un Azərbaycanda keçirilməsi ölkəmizi beynəlxalq arenada daha çox tanınmağa və qəbul olunmağa imkan yaradacaq. Bu tədbir, Azərbaycanı dünya miqyasında iqlim dəyişikliyi məsələlərində aktiv bir tərəfdaş kimi tanıdacaq və ölkəmizin nüfuzunu daha da artıracaq.

Qlobal miqyasda COP29 iqlimlə dəyişikliyi ilə bağlı fəaliyyətlərin sürətləndirilməsinə yönəlmiş kritik müzakirələrə və danışıqlara kömək edəcək. O, dünyanın hər yerindən liderləri, ekspertləri və fəalları bir araya gətirərək, planetimizin gələcəyi üçün həyati əhəmiyyət kəsb edən razılaşmaların mərkəzi olacaq. Tədbir effektiv iqlim siyasətinin həyata keçirilməsinə təkan verərək bilik və texnologiya mübadiləsini təşviq edəcək.

Bundan əlavə, ekoloji problemlərin həllində proaktiv yanaşmamızı nümayiş etdirdiyimiz zaman Azərbaycanın qlobal problemlərə töhfəsi aydın görünəcək. COP29-a ev sahibliyi etməklə Bakı bütün dünyanın paytaxtına çeviriləcək və biz iqlim dəyişikliyi ilə mübarizədə məsuliyyətli qlobal vətəndaş kimi rolumuzu gücləndirəcəyik.

COP29-un Azərbaycanda keçirilməsi qərarı təkcə ölkəmizin artan təsirinin sübutu deyil, həm də bütün xalqları iqlim dəyişikliyinə qarşı mübarizədə birləşməyə çağırışdır. Biz birlikdə gələcək nəsillər üçün daha dayanıqlı və davamlı dünya yarada bilərik. Belə irimiqyaslı tədbirin Azərbaycanda keçirilməsi , biz –Azərbaycan gənclərinin üzərinə məsuliyyət yükləyir .Gənclər bu proseslərdə aktiv iştirak etməli və tədbirlərin səmərəliliyinə öz töhfəsini verməlidir. Bildiyimiz kimi böyük bir könüllülük ordusu yaradılıb və COP29 - un uğurla həyata keçməsində gənclərin iştirakçılığı təmin olunub. İnanırıq ki, bu tədbir də yüksək səviyyədə keçirilməklə yanaşı, qəbul olunan qərarlara görə də tarixin yaddaşında “Bakı razılaşması” kimi qalacaqdır”.

“ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musaev deyib:

“ASAN könüllülləri ekoloji tarazlığın bərpası, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək və ətraf mühitin qorunmasını təmin etmək məqsədilə müxtəlif fəaliyyətlər həyata keçirir.

15.02.2024-cü il tarixində Təmiz Şəhər ASC-də “Yaşıl ASAN” proqramı çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub. Tədbirdə 30 nəfər iştirak edib.

24.02.2024-cü il tarixində 7 saylı Bakı "ASAN xidmət" mərkəzində Resource HUB və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə "EKO Səfir qızlar" proqramı çərçivəsində müxtəlif regionlardan olan 55 nəfər gənc qız icmalarını ətraf mühit səfirləri kimi formalaşdırılıb və ekoloji maarfilənmə təşviq edilib. Tədbirdə 70 nəfər iştirak edib.

04.05.2024-cü il tarixində Müşviqabad qəsəbəsində COP29 təşkilati heyətinin, ETNS-in, AKT-nin təşkilatçılığı ilə COP29-a töhvə məqsədi ilə ağacəkmə aksiyası baş tutub. Aksiyada 150-dən çox iştirakçı qeydə alınıb.

14.05.2024-cü il tarixində, Sumqayıt şəhərində "Yaşıl ASAN", "Sumqayıt şəhər İcra Hakimiyyəti", və Corat qəsəbə nümayəndəliyi"nin təşkilatçılığı ilə Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Sumqayıt ərazisində sahilyanı təmizlik aksiyası baş tutub. Aksiyada 100 nəfər iştirak edib.

21.05.2024-cü il tarixində, Salyan Regional "ASAN xidmət" mərkəzində "Yaşıl ASAN", Salyan Rayon icra hakimiyyəti, "Azərsun Holdinq" Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Yaşıl Dağ" ekoloji-sosial aksiyası keçirilib. Aksiyada 150 tondan çox kağız tullantı təkrar emal üçün toplanıb.

2 saylı Sumqayıt regional "ASAN xidmət mərkəzi"nin təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “ECO TALK” adlı tədbir keçirilib. Tədbirdə 450 nəfər iştirak edib.

01.06.2024 tarixində “ASAN xidmət” Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Yeni nəfəs” adlı ekoloji-sosial aksiyaya start verib. “Yaşıl ASAN”ın dəstəyi ilə reallaşan layihəyə əsasən 7 saylı Bakı “ASAN xidmət” mərkəzində doğumun qeydə alınması xidmətindən yararlanan valideynlərə yeni doğulan körpələrinin adlarına ödənişsiz ağac əkilməsi təklif ediləcək. Həmçinin valideynlərə "Yaşıl Gələcək" sertifikatı təqdim olunacaq. Sertifikatı üzərində yerləşdirilmiş xüsusi QR kod vasitəsilə onlayn qaydada yükləmək mümkündür. Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirməyə diqqətin artırılması məqsədi daşıyan layihəyə uyğun olaraq, ilkin mərhələdə Bakı şəhərinin Müşfiqabad qəsəbəsində 1000 ağacın əkilməsi nəzərdə tutulur”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
sia.az

1Sources