Rusiya Prezidenti Vladimir Putin iyulun 3-də Astanada Azərbaycan, Qazaxıstan, Çin, Monqolustan, Pakistan və Türkiyə liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Rusiya Federasiyasının prezidentinin ikitərəfli danışıqları iyulun 4-də davam edəcək.