“Atalanta” heyətini yeni futbolçu ilə gücləndirib.
İtaliya klubu “Everton”dan Ben Qodfrini transfer edib. Bu barədə Berqamo klubunun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Ben “Everton”da 2020-ci ildən çıxış edirdi. O, Liverpul klubunda 93 oyunda meydana çıxıb.
Qodfrinin premyer-liqanın son mövsümündə 15 matçda iştirak etdiyini də bildirək.