EN

Putinin çoxdankı silahdaşı Zelenski ilə görüşmək üçün Kiyevə gəlib

 
"Orban üçün Avropa İttifaqında vəzifə bölgüsünün davam etdiyi zaman Ukrayna ilə açıq münaqişəni söndürmək son dərəcə vacibdir..."
 
Bu gün səhər Macarıstan baş naziri Viktor Orban Kiyevə səfərə gəlib. Bu, 2012-ci ildən bəri onun Ukrayna paytaxtına ilk səfəridir.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Nəşr xatırladır ki, Orban nə Vladimir Zelenski, nə də əvvəlki prezident Pyotr Poroşenko dönəmində Ukraynanı ziyarət etməyib. Sonuncu dəfə o, Kiyevə 2012-ci ildə o zamankı prezident Viktor Yanukoviçlə görüşmək üçün gəlib.
 
Orbanın Zelenski və Ukraynanın digər məmurlarla görüşəcəyi gözlənilir. Macarıstanın "İndex" nəşri yazıb ki, səfər ərəfəsində Orban "Ukraynada sülhə dəstək üçün ilk addımlar atıb".
 
Belə ki, jurnalistlər Orbana Avropa İttifaqında sədrliyi zamanı Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulması üçün Macarıstanın nə edə biləcəyi ilə bağlı sual ünvanlayıb. Buna cavabında o, deyib ki, ilk addımlar iyulun 2-də atılacaq. "Sabahkı mətbuatı nəzərdən keçirin, ilk addımları görəcəksiniz", - o, deyib.
 
Xatırladaq ki, iyunun 27-də rəsmi Budapeşt macar azlığının hüquqları ilə bağlı 11 tələb irəli sürüb. Bunlardan biri Zakarpatyenin hətta tarixən macarların heç vaxt yaşamadığı bütün yaşayış məntəqələrinin "ənənəvi macar" məntəqələri kimi tanınmasıdır.
 
Macarıstanın Avropa İttifaqında sədrliyinin qəbul etməsindən bir gün öncə, iyunun 30-da Orban Avropa Parlamentində "Avropa üçün vətənpərvərlər" adlı yeni fraksiyanın yaradılması barədə məlumat verib.
 
Bu fraksiyaya Orbanın "Fides" partiyası, Herbert Kiklin Avstriya Azadlıq Partiyası və Çexiyanın sabiq baş naziri Andrey Babişin "ANO 2011" hərəkatı daxil ediləcək.
 
"Euronews" nəşrinin qeyd etdiyi kimi, hər üç partiya rusiyayönümlüdür və onların heç biri Ukraynaya Rusiya təcavüzünə qarşı mübaribədə dəstək verməyib.
 
Ötən həftənin sonunda Orban və Zelenski Avropa İttifaqı ölkə liderlərinin Brüsseldə keçirilən sammitində görüşüb.
 
Yeri gəlmişkən, sammitdə Macarıstan hətta Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünün lehinə səs verib.
 
Orban qəsdən birbaşa efirdə Zelenski ilə dostcasına ünsiyyətdə olub və macar auditoriyasını özünün Ukrayna lideri ilə görüşünə açıq şəkildə hazırlayıb.
 
"Orban üçün Avropa İttifaqında vəzifə bölgüsünün davam etdiyi zaman Ukrayna ilə açıq münaqişəni söndürmək son dərəcə vacibdir. 
 
Macar baş nazirinin səmimiyyəti və münasibətlərin uzunmüddətli istiləşməsinə şübhələr üçün bütün əsasların olduğuna rəğmən, hazırda hər halda Budapeşt tərəfindən süni surətdə yaradılan ikitərəfli problemləri həll etmək üçün şanslar yüksəkdir", - nəşr yazıb.
 
KİV-lərin məlumatına görə, Avropa İttifaqına daxil olmaq barədə danışıqların başlanmasına macar vetosunun qarşısını almaq üçün Ukraynanın Macarıstanın Zakarpatyedə macar azlığına xüsusi hüquqlar verilməsi məsələsində güzəştə getdiyindən Orban Kiyevi ziyarət etmək qərarına gəlib.
 
Orban Rusiya prezidenti Vladimir Putinlə münasibət saxlayan yeganə Avropa lideridir.
 
O, həmçinin Ukraynaya yardımın əleyhinə çıxıb və bu yaxınlarda Avropa İttifaqının Kiyevə böyük maliyyə yardımı paketi ayrılmasını əngəlləyib. 
 
Avropa İttifaqının digər liderləri xüsusi sammitdə Orbanın mövqeyinin yolverilməz olduğu barədə bəyanatlarından sonra Macarıstan öz vetosunu geri götürməyə razılıq verib.
 
Orban həmçinin NATO-nun Ukraynaya hərbi yardımda daha fəal iştirakına qarçı çıxıb. Alyans Macarıstanın öz nümayəndələrinin bu proqramda iştirak etməyəcəyinə zəmanət aldıqdan sonra Kiyevə dəstək proqramını təsdiq edib.
 
Yayda Macarıstan Ukraynanın Avropa İttifaqına daxil olması barədə danışıqların başlanmasına qarşı çıxıb. Buna cavab olaraq Kiyev milli azlıqlar, o cümlədən  ukraynalı macarlarla bağlı bəzi güzəştlərə getməli olub.
 
Söhbət Budapeştin məktəblilərin təlimi zamanı macar dilindən istifadə edilməsi və etnik macarların yaşadığı ərazilərin xüsusi statusundan gedir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
42
moderator.az

10Sources