EN

Yurgen Kloppun AVRO-2024-dəki favoriti

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp Avropa çempionatı və Amerika kubokunun favoritlərini açıqlayıb.

İdman.biz xəbər verir ki, almaniyalı mütəxəssis “Köhnə qitə”nin ən güclüsü barədə nisbətən konkret danışsa da, ABŞ-da yarışla bağlı çətinliklə üzləşib.

Klopp Almaniyadak turnirdə bir neçə iddialı görsə də, onlardan birini fərqləndirib: “Hazırda elə görünür ki, İspaniya qalib ola bilər. Almaniya ilə Fransa da yaxşıdırlar. Amma İngiltərə də müəyyən qədər artıracaq”.

Mütəxəssis Amerika kubokunda dörd iddialı görür: “Argentina, Braziliya, Kolumbiya və ya Uruqvay. Bu yaxınlarda Allisonla yazşırdım. Favoriti müəyyənləşdirə bilmirəm”.

Qeyd edək ki, həm Avropa çempionatı, həm Amerika kubokuna iyulun 14-də yekun vurulacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
idman.biz

1Sources