EN

Kremldən Viktor Orbanın Ukrayna səfərinə REAKSİYA: "Ehtiyac duymuruq..."

Macarıstanın Baş naziri Viktor Orban Kiyevə səfər edib. Bu barədə Orbanın mətbuat katibi Bertalan Havaşi məlumat yayıb. “Macarıstan Baş naziri Viktor Orban səhər Kiyevə yollanıb. Burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq”, – Havaşi bildirib.

 

Sfera.az bildirir ki, Kreml Orbanın səfərinə reaksiya verib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. O qeyd edib ki,  Kreml Macarıstanın Baş naziri Viktor Orbanın Kiyevə səfərindən heç nə gözləmir.

 

“Yəqin ki, şərh verməyə ehtiyac duyan biz deyilik”, - o, jurnalistlərin suallarını cavablandırıb.  Peskov fikirlərini bu cür davam edirib:  “Aydındır ki, bu dövrdə Avropa Şurasına sədrlik etməyə başlayan Macarıstan öz funksiyalarını yerinə yetirməlidir. Bu, onların milli maraqları kontekstində deyil. Orban isə ölkəsinin maraqlarını çox möhkəm müdafiə etməyi bilən siyasətçi kimi tanınır”.

 

Peskovun sözlərinə görə, Macarıstan administrasiyası Orbanın Kiyevə səfərini Rusiya tərəfi ilə müzakirə etməyib. O, səfərlə bağlı iki ölkə rəhbərliyi arasında təmasların olub-olmaması ilə bağlı suala “Xeyr, olmayıb” cavabını verib.

 

Qeyd edək ki, bu, Macarıstan Baş nazirinin hərbi əməliyyatlar başlayandan sonra Ukraynaya ilk səfəridir. 

 

Günay 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
36
sfera.az

10Sources