EN

"Putinlə müzakirə edilməli məsələlər var" - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışmaq istəyir.

 

Sfera.az bildirir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb. Belə ki, Lukaşenko bu istəyini Putinin tapşırığı ilə Belarusa gələn Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə çatdırıb. 

 

Volodinin Belarusa səfəri Müstəqillik Günü və ölkənin nasist işğalçılarından azad edilməsinin 80-ci ildönümü münasibətilə keçirilən şənliklərdə iştirakla bağlı olub.

 

 Lukaşenko onunla görüş zamanı vurğulayıb ki, Putinlə müzakirə edilməli məsələlər var.

 

“Sizdən xahiş edirəm ki, Vladimir Vladimiroviçə ən xoş arzularımızı çatdırasınız.  Bizim onunla müzakirə etməli olduğumuz çoxlu problemlər var”, - deyə Lukaşenko bildirib. 

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
50
sfera.az

10Sources