EN

Türkiyədəki iğtişaşlarda 470-dən çox adam saxlanılıb

Türkiyənin Kayseri vilayətində iğtişaşlar zamanı 470-dən çox adam saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Bazar günü Türkiyənin Kayseri vilayətində polis suriyalı kişini onunla qohumluq əlaqəsi olan Suriya əsilli uşağa təcavüz etdiyinə görə saxladıqdan sonra iğtişaşlar başlayıb. Uşaq qəyyumluq orqanlarına təhvil verilib, kişi həbs edilib.

“KayseridÉ™ baÅŸ verÉ™n çirkin hadisÉ™dÉ™n sonra ölkÉ™mizin bÉ™zi ÅŸÉ™hÉ™rlÉ™rindÉ™ suriyalılara qarşı tÉ™xribat xarakterli aksiyalar təşkil edilib, qanunsuz yollarla hÉ™yata keçirilÉ™n tÉ™xribat xarakterli aksiyalardan sonra saxlanılanlardan 285 nÉ™fÉ™rinin müxtÉ™lif cinayÉ™tlÉ™rÉ™ görÉ™ mÉ™hkumluÄŸu olduÄŸu müəyyÉ™n edilib. Bura miqrantlara xÉ™sarÉ™t yetirmÉ™, narkotik maddÉ™lÉ™r, soyÄŸunçuluq, oÄŸurluq, É™mlaka ziyan vurma, cinsi tÉ™cavüz, dÉ™lÉ™duzluq, saxta pul, hÉ™dÉ™-qorxu, tÉ™hqir, ÅŸÉ™xsi azadlıqdan mÉ™hrum etmÉ™ kimi cinayÉ™tlÉ™rÉ™ görÉ™ mÉ™hkumluÄŸu olanlar daxildir”, - Ali Yerlikaya deyib.

Türkiyə Daxili İşlər Nazirliyi Kayseridəki iğtişaşlarla bağlı sosial şəbəkələrdəki mesajların təxminən 37%-nin botlar tərəfindən, demək olar ki, 70%-nin isə təxribat məqsədi ilə yazıldığını bildirib. 63 sosial media hesabı ilə bağlı araşdırmalara başlanılıb, 10-un sahibi artıq məsuliyyətə cəlb edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
2
modern.az

3Sources