EN

Türkiyənin cənubundakı iğtişaşlar səbəbindən 470-dən çox insan saxlanılıb

Türkiyənin Kayseri əyalətində baş verən iğtişaşlar səbəbindən 470-dən çox insan saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində ölkənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Qeyd edilib ki, 63 sosial şəbəkə hesabı ilə bağlı istintaq başlanıb, on nəfərin sahibləri artıq məsuliyyətə cəlb edilib.

"Kayseridə baş verən çirkin hadisədən sonra ölkəmizin bəzi şəhərlərində suriyalılara qarşı təxribat xarakterli etiraz aksiyaları keçirilib. Qanunsuz vasitələrlə həyata keçirilən təxribat aksiyalarından sonra 474 nəfər saxlanılıb", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, bazar günü Türkiyənin Kayseri əyalətində suriyalı şəxs uşağa təcavüz edib, bundan sonra iğtişaşlar başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
operativmm.az

1Sources