EN

"Neftçi" "Malaqa"nın sabiq forvardı üçün danışıqlara başladı

“Neftçi” transfer çalışmalarını davam etdirir.

Baş məşqçi Roman Qriqarçukun heyətdə görmək istədiyi və hazırda danışıqların aparıldığı legionerlərdən birinin adı bizə də məlum olub.

Bu, Seku Qassamadır.

O, İspaniya nəhəngi “Barselona”nın akademiyasında futbolun sirlərini öyrənməyə başlayıb.

2007-ci ildə buradan ayrılıb və 2023-cü ilə kimi İspaniyanın müxtəlif klublarında top qovub.

Onların arasında “Malaqa”, “Rasinq”, “Almeriya”, “Valensiya-B”, “Vallidolid-B” kollektivləri yer alıb.

29 yaşlı forvard ötən ilin yayında Kiprin “Anortosis” klubuna keçib.

Burada son mövsüm keçirdiyi 28 matçda 9 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seku “Seneqal”ın U-20 millisində də çıxış edib.

Hazırda azad agent olan afrikalının “ağ qaralar”a keçmək şansı yüksəkdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
2
sportinfo.az

4Sources