EN

Suriyalılara qarşı çıxan türklər həbs edildi

Hurriyyet.az xəbər verir ki, Türkiyə polisi ölkənin müxtəlif şəhərlərində suriyalıların əleyhinə iğtişaşlarda iştirak edən 474 nəfəri həbs edib. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu şəxslərdən 285 nəfərinin bundan əvvəl cinayət məsuliyyətinə cəlb edildiyini bildirib.

Nazir X səhifəsində yazıb: "Dünən gecə Kayseridə baş verən bu çirkin hadisədən (suriyalı qaçqının 5 yaşlı uşağa təcavüzü - red.)  sonra ölkəmizin bəzi şəhərlərində suriyalılara qarşı təxribatlar törədilib. 474 nəfər saxlanılıb. Onların 285 nəfərinin əvvəllər törətdikləri müxtəlif cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunduğu müəyyən edilib. Onlar əvvəllər qanunsuz miqrant keçirilməsi, fiziki xəsarət, narkotik maddələr, soyğunçuluq, oğurluq, əmlaka ziyan vurma, təcavüz, fırıldaqçılıq, saxtakarlıq, təhdidlər, təhqirlər ilə bağlı cəzalandırılıblar”.

Yerlikaya əhalini təxribatlara uymamağa və qanunu pozmamağa çağırıb. O, suriyalı qaçqınlarla bağlı gərginliyin artmasını dövlətin və millətin əleyhinə sui-qəsd olduğunu yazıb.

Hürr Tərcüman

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
1
hurriyyet.az

2Sources