1890-cı ildə Çexoslovakiyada anadan olan Viktor Lustiq həyatı boyu müxtəlif saxtakarlıqlar edərək bir çox insanı aldadıb.

İndex.az xəbər verir ki, gənclik illərində təhsilini yarımçıq qoyub fırıldaqçılıqla məşğul olan Lustiq Avropa və ABŞ-da müxtəlif kimliklər altında çalışıb. Onun bu qədər məşhur olmasının səbəbi Eyfel qülləsi məsələsidir.

Eyfel qülləsi 1925-ci ildə xarabalığa çevrilmişdi. Paris Bələdiyyəsi qülləni saxlaya bilmədi və qüllə artıq tikildiyi 1909-cu ildə sökülərək başqa yerə köçürülməsi planlaşdırılırdı.

Viktor Lüstiq sənədləri saxtalaşdırır, Parisin ən dəbdəbəli otelində 6 iri sahibkar ilə gizli görüş təşkil edir və özünü dövlət məmuru kimi təqdim edir. Hətta sahibkarları icarəyə götürdüyü limuzinlə Eyfel qülləsinə aparır. Camaat ayağa qalxmasın deyə bu görüşü son günə qədər gizli saxlamalarını deyir və ertəsi gün Eyfel qülləsinin dəmirləri üçün təklif vermələrini xahiş edir.

Sahibkarlar hər şeyin belə gizli və tələsik görülməsindən şübhələnirdilər, lakin ertəsi gün Lüstiq etiraf edib ki, o, dövlət məmuru olub, dolanmaqda çətinlik çəkir, ona görə də bu işdə aradan yəni pul qazanmağa çalışır.

Təbii ki, sahibkarlar da hadisəni adamın rüşvət istəməsi kimi başa düşüblər və onlardan biri külli miqdarda rüşvət verib. Lüstiq pulu alan kimi şəhərdən qaçıb və aldadılan şəxs utandığından şikayət də etməyib.

Cəmi 1 ay sonra geri qayıdan Viktor Lustiq eyni şəkildə Eyfel qülləsini yenidən satsa da, bu dəfə polis hadisəni görüb və Lustiq tutulmamaq üçün ABŞ-a qaçıb.

ABŞ-da fırıldaqlarını davam etdirən və bir müddət Al Kaponeni tələyə saldığı iddia edilən Lüstiq 1935-ci ildə FTB tərəfindən yaxalanıb. Alkatraz cəzasına məhkum edilən Lüstiq 1947-ci ildə orada keçirdiyi sətəlcəm xəstəliyindən vəfat etdi.