Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın "Strana" qəzeti sorğuların nəticələrinə istinadən məlumat yayıb.
Tədqiqatın nəticələrinə görə, sorğuda iştirak edənlərin yarısı Ukrayna cəmiyyətində parçalanma əlamətlərinin olduğunu bildirib. Üstəlik, bəziləri (15%) parçalanmanın artıq baş verdiyinə inansa da, digərləri (36%) həm parçalanma, həm də birlik müşahidə edir.
Nəşr respondentlərin parçalanmanın əsas səbəbini nə hesab etdiyini də öyrənib. Bu fikirdə olanların əksəriyyəti (16%) isə korrupsiyanın adını çəkib. Respondentlərin daha 13%-i bildirib ki, bütün məsələ hakimiyyətin səriştəsizliyindədir.
Bu arada Ukrayna defolta yaxınlaşır. Ölkə bütün gücü ilə bundan qaçmağa çalışır və hətta borcun restrukturizasiyasına da can atır.