EN

"Qəzza bölgəsində atəşkəs İsrailin strateji maraqlarına cavab verir" - Blinken

 
"İsrail ölkənin şimalında suverenliyini artıq itirib, təcili olaraq iki addım atılmalıdır..."
 
"Həm "Hizbullah", həm də husilər öz hərəkətlərini Qəzzada baş verənlərlə əlaqələndirir..."
 
ABŞ Dövlət katibi Entoni Blinken bəyan edib ki, İsrail üçün ölkənin şimalında münaqişəyə son qoyulmasının ən səmərəli üsulu Qəzzada hərbi əməliyyata son qoymaqdır.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Vaşinqtonda Brukinq İnstitutunda çıxışı zamanı bəyan edib.
 
Bu İnstitut ictimai elmlər, bələdiyyə idarəçiliyi, xarici siyasət və dünya iqtisadiyyatı üzrə ixtisaslaşan ən mühüm analitik mərkəzlərindən hesab edilir.
 
"Oktyabr ayından, münaqişənin ilk günündən bizim başlıca vəzifələrimizdən biri bu münaqişənin o cümlədən İsrailin şimalına, Livana, sonra isə, mümkündür ki, onun hüdudlarından kənara yayılmaması, eskalasiyaya çevrilməməsi üçün hər şeyi etməkdən ibarət olub", - Blinken deyib.
 
Onun fikincə, hazırda nə İsrail, nə Livan, nə İran, nə də "Hizbullah" müharibə istəmir.
 
"İsrail müharibə istəmir, hərçənd, o, əgər onun mənafelərinin qorunması üçün zərurət olarsa, bu müharibəyə girməyə tam hazırdır. Mən "Hizbullah"ın da həqiqətən müharibə istədiyinə inanmıram. Livan da, aydındır ki, müharibə istəmir, çünki o, bu müharibədə əsas qurban olacaq.
 
Mən həm də İranın müharibə istədiyinə inanmıram, çünki o, "Hizbullah"ın məhv edilməsini istəmir. O, "Hizbullah"ı mübadilə kartı kimi saxlamaq istəyir, zərurət olanda, nə zamansa İsrail ilə münaqişəyə girəcəyi təqdirdə bu, ona lazım olacaq", - Dövlət katibi deyib.
 
"Digər tərəfdən, elə qüvvələr var ki, müharibə istiqamətinə aparan impuls ola bilər və biz onları dayandırmağa cəhd etmək niyyətindəyik", - o, davam edib.
 
"Təxminən 60 min israilli ölkənin şimalında öz evlərini tərk etməyə məcbur olub. İsrail faktiki olaraq öz ölkəsinin şimal hissəsində suverenliyini itirib, çünki insanlar özlərini təhlükəsiz şəraitdə hiss etmir və öz evlərinə dönə bilmir", - Blinken deyib.
 
O, əlavə edib ki, Cənubi Livanda da analoji vəziyyət yaranıb, bir çox livanlı öz evlərini tərk etmək məcburiyyətində qalıb.
 
Blinkenin fikrincə, insanların öz evlərində dinc həyatını davam edə bilməsi üçün iki zəruri addımı atmaq lazımdır.
 
"İlk növbədə, əlbəttə ki, sərhəddə atəşlərə son qoymaq lazımdır. İkincisi, daimi təhlükəsizliyin olmamasını yaradan elementləri istisna edən diplomatik sazişə nail olmaq gərəkdir.
 
Məsələn, hər gün insanları təhlükəyə məruz qoyulmaması, onların evlərinə dönə bilməsinə əmin olması üçün qoşunların sərhəddən geri çəkilməsi vacibdir", - ABŞ Dövlət katibi deyib.
 
O, əmin edib ki, Birləşmiş Ştatlar belə diplomatik sazişə nail olunmasında fəal surətdə iştirak edir.
 
"Bütün bunlar Qəzzada atəşkəsin nə qədər vacib olduğunu göstərir. "Hizbullah", təbii ki, öz hərəkətlərini Qəzzadakı vəziyyətlə əlaqələndirib və bəyan edib ki, əgər Qəzzada atəşkəs olarsa, İsrailə atəşləri dayandıracaq.
 
Bu atəşlər əvvəldən olmamalı idi. Bu, özlüyündə doğru deyil. Lakin eyni zamanda bu, gerçəklikdir. Ona görə də bu, Qəzzada atəşkəsin bundan sonrakı diplomatik səylər üçün həlledici əhəmiyyət kəsb etdiyini göstərir. 
 
Diplomatik səylər həqiqətən bu problemin həllinə, insanların İsrailin şimalında, Livanın cənubunda öz evlərinə dönməsinə və nəticədə  sakitliyin saxlanılması nöqteyi-nəzərdən daha sabit vəziyyətin yaranmasına kömək edə bilər", - Blinken izah edib.
 
"Yeri gəlmişkən, Qırmızı dəniz və husilərlə bağlı da bunları demək olar. İran və İranla əlaqəli olan hərbiləşdirilmiş qruplaşmalar da öz hərəkətlərini Qəzzasa baş verənlərlə əlaqələndirir. Düşünürəm ki, bu, bir daha onu göstərir ki, bunlara son qoyulması İsrailin strateji maraqlarına cavab verir", - o, əlavə edib.
Chosen
85
moderator.az

1Sources