EN

Ranqnik: “Türkiyə ilə oyunda qaynar ürək və soyuq baş gərəkdir”

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün 1/8 finalında Türkiyə millisi ilə oyun ərəfəsində gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz topla güclü olan və oyunlara böyük ehtiras gətirən komanda ilə oynayacağıq. Bu iki məqama hazır olmalıyıq. Bizi başqalarından fərqləndirən güc-qüvvəmizi oyuna qatmalıyıq. Bizə qaynar ürəklər, amma soyuq başlar gərəkdir.

Avstriya yığmasının əvvəllər heç vaxt əldə etmədiyi bir nailiyyətə imza atmaq və 1/4 finala yüksəlmək çox şey deməkdir. Ən çətin dördlükdə birinci yeri tutmaq bir kənara, qrupumuzdan çıxacağımızı çox az adam təxmin edirdi. Təsadüfi deyil ki, 1/8 finala vəsiqə qazanmışıq. İndi biz burada, səkkiz il işlədiyim və bir çox oyunçum oynamış və ya oynamağa davam etdiyi Leypsiqdəyik. Biz çox şadıq və ümidvarıq ki, burada avstriyalı azarkeşlərlə yanaşı, bir çox “Leypsiq” azarkeşi də olacaq.

Hamı çox sakitdir, düşərgədə heç kim, artıq, nəyəsə nail olduğumuzu düşünmür. Avropa çempionatı bizim üçün həqiqətən başlayır. Sıfırdan başlamaq vacibdir, çünki indi uduzan – çıxır nizamındayıq. Biz bu nizamda yaşamalı və ilk dəqiqələrdən bundan həzz almalıyıq”, deyə Ranqnik vurğulayıb.

Üstəlik, alman mütəxəssis komandasının Avropa çempionatındakı cari imkanlarını ümumilikdə qiymətləndirib:

“Yarışın əvvəlində demişdim ki, finala çıxacağıq, hətta çempion olacağıq. Mən bunun daha çox, ehtimal olduğunu düşünmürəm, həm də tamamilə qeyri-mümkün olduğunu da düşünmürəm. Mən hələ də müvafiq yatıma inanıram. Dünən İspaniya yığması ilə oyuna (⅛ final mərhləsinin İspaniya – Gürsütan oyunu (4:1) – redaktorun qeydi) baxdım. Onlar əla keyfiyyətlərlə yanaşı, həm də taktiki baxımdan çox yüksək səviyyədə, çox yüksək təpki ilə, keçid mərhələlərində əla səviyyədə oynayırlar. Bütün bunların gerçək olduğunu görürük. İrəli getməyin yalnız bir yolu var, o da diqqəti növbəti oyuna yönəltməkdir ki, sonra bu yolun bizi nə qədər uzağa aparacağını görəcəyik”.

AÇ-2024-ün 1/8 final mərhələsinin Avstriya – Türkiyə oyunu bu gün, iyulun 2-də Leypsiqin “Red Bull Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
arena.az

1Sources