EN

Taksi xidmətini bilərəkdən bahalaşdırdılar – İqtisadçı

Taksi xidmətini bilərəkdən bahalaşdırdılar, dedilər ki, məqsəd ictimai nəqliyyatdan istifadəni artırmaqdır. Bu qərardan sonra, məntiqlə ictimai nəqliyyat daha əlçatan, daha keyfiyyətli olmalı idi. Amma həmən də nəqliyyatda qiymətləri, az qala, 2 dəfə bahalaşdırdılar. İqtisadçı Natiq Cəfərli bildirib ki, bunun məntiqini anlamaq olmur.

Tribunainfo.az xəbər verir ki, həmçinin ekspert maraqlı təklif irəli sürüb. O bildirib ki, ictimai nəqliyyatda qiymət birdəfəlik gedişə görə tənzimlənməməlidir:

“Bu doğru deyil, birdəfəlik bilet 50 qəpik ola bilər, bu turistlərə, nəqliyyatdan az-az istifadə edənlərə aid olmalıdır. Amma günlük, həftəlik, aylıq, 6 aylıq və illik istifadə müddəti gediş sayı ilə deyil də, ancaq zamanla məhdudlaşdırılan biletlər də olmalıdır – məsələn, saatlıq bilet 50 qəpiyə, günlük bilet 1,5 manata, aylıq 25 manata, 6 aylıq 110 manata, 1 illik 170 manata biletlər olmalıdır. Bu zaman avtobus şirkətləri, metro öncədən vəsait toplayır deyə, işlərini doğru planlaya bilirlər, vətəndaşa da sərfəli olur”.

Nigar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources