EN

Zelenskinin xanımı 4,5 milyon avro dəyərində Bugatti avtomobili alıb?

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya 4,5 milyon avroya “Bugatti Turbillon” sifariş edib və 250 ədəd istehsal olunan bu belə avtomobilin ilkin sahibi olub.

Qaziler.az xəbər verir ki, bu iddia ilə bağlı məlumatı “Veritecachee” portalı yayıb. Nəşrin məlumatına görə, avtomobilin təhvil verilməsi 2026-cı ilin əvvəlinə planlaşdırılır.

Digər bir nəşr “Çarqrad” yayıb ki, Zelenskaya həmçinin “Cartier” zərgərlik evinin Nyu-Yorkdakı butikində 1 milyon dollar xərcləyib.

Sosial şəbəkələrdə yayılan xəbərlərin saxta olması ilə bağlı Ukrayna saytlarında məlumat dərc edilib. Vurğulanıb ki, sözügedən iddia feykdir və məlumatı paylaşan şəxsin profili bloklanıb. 

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
qaziler.az

1Sources