«Turan Tovuz»un Qəbələ toplanışı davam edir.
Ötən həftədən burada yığışan kollektiv iyulun 10-da geri dönəcək.
Qərb təmsilçisi qarşıdakı günlərdə 2 yoxlama görüşündə qüvvəsini sınayacaq. Kurban Berdiyevin yeni iş yerində ilk sınağı «Şəmkir»ə qarşı olacaq.
II Liqa mənsubu ilə duel iyulun 7-də gerçəkləşəcək. 72 yaşlı baş məşqçi futbolçularını bir də 3 gün sonra meydana çıxaracaq.
Həmin gün onlar «Kəpəz»lə üz-üzə gələcək.
SPORTÄ°NFO.AZ