EN

Azərbaycanda ictimai nəqliyyatın və yanacağın qiyməti niyə dəyişdirildi? - Deputat danışdı

\"Tarif Şurasının yanacağın qiymətinə yenidən baxması çox labüd məsələlərdən yaranıb\".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycanda yanacağın və ictimai nəqliyyatdakı qiymətlərin dəyişməsindən danışarkən deyib.

 

Deputat bildirib ki, qiymətlərin dəyişməsinin səbəbləri var:
 
\"Üç il öncə qiymətlər dəyişmişdi. Bunun başlıca səbəblərindən biri bir çox nəqliyyat vasitəsinin, xüsusilə metro və ictimai nəqliyyatn rotasiyayla çalışmasıdır. Digər səbəblərdən biri elektromobil avtomobillərin stimullaşdırılmasıdır və yanacaqla istifadə olunan avtomobillərin mərhələli şəkildə azaldılmasına hesablanan addım kimi də qiymətləndirilməlidir. Bir çox səbəblər də saymaq olar. Təbii olaraq yanacağın qiymətində, nəqliyyatda, metroda qiymət dəyişiklıkləri digər sahələrdə də qiymətlərin dəyişməsinə səbəb ola bilər. Bu, iqtisadiyyatda qaçılmaz olur. Təəssüf ki, vacib olmayan yerlərdə bir çox işbazlar bundan istifadə edirlər. Əlbəttə ki, bu hərəkət yolverilməzdir. Qarşısı alınmalıdır. Çünki artım sadə, aztəminatlı ailələrin büdcəsinə ciddi təsir göstərir\".
 
Millət vəkili hesab edir ki, ölkədə yenidən maaşların, təqaüdlərin artırılması gözlənilir:
 
\"Ümumiyyətlə, Azərbaycan sosial dövlətdir. Zaman-zaman maaşların, təqaüdlərin artırılması prosesi gedir. Əminəm ki, bu proses davamlı olacaq və biz bunu həm payız aylarında, həm də 2025-ci ilin yanvar ayından etibarən müşahidə edə biləcəyik. Bu, davamlı Azərbaycan iqtisadi siyasətindəönəmli məqamlardan biridir. Qeyd etdiyimiz proses həmişə davamlı və dayanıqlı olacaq. Minimum bazar zənbilinin, insanların alıcılıq qabiliyyətinin və onların maaşlarının artması bir-birindən əlaqəli şəkildə baş verir. Təkrar edirəm ki, növbəti aylarda həm minimum əməkhaqlarının, həm pensiyaların, həm də maaşların artımının şahidi olacağıq\".

Mikayıl Mirzəzadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
azxeber.com

1Sources