EN

Bu məşhur aktyor yenidən televiziyaya qayıdır

Riçard Gere 5 ildən sonra yenidən televiziyada serialların birində rol alacaq.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, \"Gözəl qadın\" (Pretty woman) filmi ilə yadda qalan 74 yaşlı məşhur aktyor \"The Agency\" adlı triller serialında rol alacaq.
 
Riçard Gere kimdir?
 
 
Fəaliyyəti

Daha əvvəl 1994-cü ildə \"And The Band Played On” serialında oynayıb. 2019-cu ildə isə ona Emmy nominasiyası qazandıran \"MotherFatherSon” serialında rol alıb.
Növbəti dəfə çəkiləcəyi siyasi triller janrında olan serial gizli agent olan Marsianın (Michael Fassbender) gizli həyatını tərk edərək London stansiyasına qayıtmasından bəhs edir. Arxada buraxdığı sevgi yenidən üzə çıxanda romantizm yenidən alovlanır. Əsl dəhşət isə onun karyerası, şəxsiyyəti və missiyasının həyatının eşqi ilə qarşı-qarşıya gəlməsindən sonra baş verir.
 
Bu serialda Riçard Gere 8 il məxfi agent kimi çalışdıqdan sonra London stansiyasının rəisi olmuş \"Bosko\" obrazını canlandıracaq.
 
Həyatı

Richard Tiffany Gere 31 avqust 1949-cu ildə  Filadelfiyada anadan olub.

O, beş uşaqlı bir ailənin ikinci övladı olaraq dünyaya gəlib. Əvvəllər musiqi təhsili alıb. Daha sonra aktyorluğa üz tutub. O, Amerikanın aparıcı aktyorlarından biridir. Qırxa yaxın filmdə rol alıb və \"An Officer and a Gentleman”, \"Pretty Woman” və \"Qırmızı Künc” kimi filmlərlə uğur qazanıb. Buddizmə inanır.
 
23 aprel 2020-ci ildə 71 yaşında ikinci dəfə ata olub.

Oksana
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
azxeber.com

1Sources