EN

Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO

Vətən
Vətən müharibəsi iştirakçısı Novruzov Haxverdi Qədrəddin oğlunun sizin yardımınıza ehtiyacı var. Bu barədə mart ayında saytımızdaxəbər yayımlansa da, müalicə üçün lazım olan məbləğin bir hissəsi hələ də toplanmayıb.
Buna görə də müharibə iştirakçısının anası Gülsara Novruzova redaksiyamıza yenidən müraciət edərək imkanı çatan hər kəsdən kömək istəyib: “Qəza zamanı qabırğaları sınıb, ağ ciyəri zədələnib və beyninə qan sızıb. Nəfəs almada çətinlik çəkdiyindən bir müddət xüsusi aparata qoşulub. Ayılanda bizi tanımamışdı. Bununla bağlı nevroloji müalicələr alırdı, lakin qəfil ciyərlərində yenidən problemlər yaranmağa başladı. Nəfəsi xırıltılıdır və güclə nəfəs alır. Həkim nəfəs aparatında çox qaldığı üçün nəfəs borusunun tutulduğunu dedi. Son vaxtlar vəziyyəti lap ağırlaşıb. Gecələr lap pis vəziyyətə düşür. Bizə həkimlər dedilər ki, burda lazımi təchizat yoxdur, əməliyyat etsək, masada qala bilər. Maraqlanmışıq və Antalyadakı xəstənaxanada əməliyyat üçün lazımi təchizatın olduğunu öyrənmişik. Buna görə də onu Türkiyəyə aparmaq istəyirik. Yoldaşım fəhlə işləyir. Bilmir bizi dolandırsın yoxsa dərmanları alsın. Dolanışığımızı da gəlib görə bilərsiniz, çox pis vəziyyətdəyik. Oğlum çox pis haldadır. Deyir, kaş müharibədə şəhid olaydım, amma bu zülmü çəkməzdim. Xahiş edirəm, oğluma kömək edin. Allah yaxşılığınızı cavabsız qoymaz”. Əlaqə nömrəsi: 077 325 87 17 Kart nömrəsi: 4098 5844 9623 3485 (Leobank)
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
1news.az

1Sources