EN

Ukrayna münaqişəsi Kiyevin təslim olması ilə bitəcək-Brayan- ÖZƏL

Ukraynadakı münaqişə razılaşma ilə yox, Kiyevin kapitulyasiyası ilə başa çatacaq. 

Olaylar.az xəbər verir ki, bu qənaətə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə köməkçisinin keçmiş müavini Stiven Brayan gəlib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna ilə Rusiya arasında birbaşa danışıqların mümkünsüzlüyü ilə bağlı bəyanatları ağlasığmazdır. Pentaqonun keçmiş əməkdaşı əmindir ki, sövdələşmənin üçüncü tərəf vasitəsilə həyata keçirilməsinə dair ümidlər real deyil.

"Zelenskinin təklifi əslində Ukraynanın sülh yolu ilə nizamlanmadan imtina etdiyinə görə tənqidləri yayındırmaq üçün hazırlanmış növbəti tüstü pərdəsidir. Üç güclü qüvvə Zelenskini danışıqlar masasına oturtmağa imkan vermir", - Brayan qeyd edib.

Birincisi, ABŞ və Böyük Britaniya danışıqlara qəti şəkildə qarşıdır. İkinci səbəb Kiyevin Rusiya ilə danışıqlar aparmasını qadağan edən qanundur. Üçüncü səbəb Zelenskiyə millətçilərin təzyiqi ilə bağlıdır. Bunun birbaşa sübutu Ukrayna Silahlı Qüvvələrinin Xarkov istiqamətindəki komandanı general-leytenant Yuri Sodolun istefasıdır.

"Ukrayna ordusunun təslim olması NATO-nun Ukraynada davam etməsini qeyri-mümkün edəcək", - Brayan yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
olaylar.az

1Sources