EN

Kreml Avropa peyklərinin işinə müdaxilə ilə bağlı iddialara cavab verib- ÖZƏL

Moskvanın Avropa peyk sistemlərinin işinə iddia edilən müdaxiləni pisləyən Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturlarından Kremlin xəbəri yoxdur. 

Olaylar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

Peskov qurumun hansı strukturundan danışdığını dəqiqləşdirməyi xahiş edib.

"Bilmirəm. Bu haqda məlumatım yoxdur. Bunun BMT-nin bəzi strukturlarının səlahiyyəti olub-olmadığını müəyyən etməliyik. Söhbətin hansı strukturlardan getdiyini bilmirəm", - Kreml nümayəndəsi bildirib.

Peskovun sözlərinə görə, o, "bu mövzuda nə isə deməyi" mümkün hesab etmir.

Peskov Macarıstanın baş naziri Viktor Orbanın Kiyevə səfərini də şərh edib. Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, Kreml heç bir gözlənti irəli sürmür.

Daha əvvəl bildirilmişdi ki, BMT strukturlarından biri Rusiyanın Avropa ölkələrində peyk sistemlərinin fəaliyyətinə guya müdaxiləsi ilə bağlı bir sıra insidentləri pisləyib. Onlar Moskvadan bu cür hərəkətləri dayandırmağı tələb ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
olaylar.az

1Sources