Yeni mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz"in yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Sarı-göylər" Premyer Liqa təmsilçisi "Turan Tovuz" ilə qarşılaşacaqlar.
Oyun iyulun 10-da Qəbələdə keçiriləcək. Matç saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Gəncə təmsilçisi iyulun 14-də "Şamaxı" ilə yoxlama oyunu keçirəcək.