EN

Bu, həm ABŞ, həm də Ermənistan üçün ciddi siqnaldır: Belə olan halda onlar nəyə ümid edirlər?- ŞƏRH

“Ermənistanın Konstitusiya dəyişikliyinə getməməsinin və ya gedə bilməməsinin başlıca səbəbi bu məsələnin Azərbaycanın irəli sürdüyü əsas şərt olmasıdır. Paşinyan indiki şəraitdə bunu həyata keçirməyə həm də ona görə ciddi istək göstərmir. Ona görə ki, o, hələ də Konstitusiyada dəyişiklik edilmədən belə Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkün olacağını düşünür. Çünki xüsusilə ABŞ tərəfindən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində son dövrlər çağırışları güclənib. ABŞ Dövlət Katibi Entoni Blinken demək olar ki, hər həftə bu istiqamətdə davamlı çağırışlar edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfini onun mövqeyini ifadə etməyən heç bir müqaviləyə məcbur etmək mümkün deyil və bu, artıq sübut edilib:

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Ermənistan Konstitusiyasında müvafiq dəyişiklik edilmədən sülh müqaviləsinin imzalanmasının mümkün olmayacağını bəyan etməsi həm ABŞ, həm də Ermənistan üçün ciddi siqnaldır.

Belə olan halda onlar nəyə ümid edirlər? Düşünürəm ki, sülh müqaviləsi məhz Ermənistan konstitusiyasında dəyişiklik edildikdən, oradakı Azərbaycan və Türkiyəyə ərazi iddiası ilə və qondarma “genosidlə” bağlı maddələr çıxarıldıqdan sonra mümkün olacaq. Amma sülh müqaviləsinin imzalanmaması da Azərbaycanla Ermənistan arasında münasibətlərin dalana dirənəcəyi mənasına gəlməməlidir. Əlaqələr davam etdiriləcək, ikitərəfli komissiyalar işləyəcək, XİN səviyyəsində görüşlər keçiriləcək. Hətta transport xətlərinin açılması da müzakirə olunacaq. Sülh müqaviləsi isə Ermənistan buna hazır olduqdan və Konstitusiyada dəyişiklik etdikdən sonra baş tutacaq”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
66
50
editor.az

10Sources