EN

Nikolas Madurodan gözlənilməz addım: ABŞ-la danışıqlara gedir

Venesuela prezidenti Nikolas Maduro ABŞ ilə diplomatik əlaqələrin bərpa olunduğunu açıqlayıb.

Maduronun sözlərinə görə, iki ay əvvəl o, ABŞ-la dialoqu bərpa etmək təklifi alıb. Ölkələr iyulun 3-də birbaşa danışıqlara qayıdacaqlar: “Biz yeni sazişlər bağlamaq və əvvəllər bağlanmış razılaşmaların həyata keçirilməsinə nail olmaq üçün danışıqlar aparacağıq”, – deyə Maduro “Venezolana de Televisin” telekanalında bildirib.

“Mən dialoqun, qarşılıqlı anlaşmanın, münasibətlərimizin gələcəyinin tərəfdarıyam, Venesuelanın suverenliyinə və müstəqilliyinə tam hörmətlə yanaşaraq dəyişikliklərin tərəfdarıyam”. Maduro bildirib ki, Birləşmiş Ştatlar razılaşmalara əməl etməli olacaq.

Xatırladaq ki, Venesuela prezidenti Nikolas Maduro prezident seçkilərində hakim partiyanın dövlət başçısı vəzifəsinə namizədi kimi rəsmən irəli sürülüb. Seçkilər 28 iyul 2024-cü ildə keçiriləcək.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
editor.az

1Sources