Yaponiyanın Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun (NICT) alimləri məlumatların ötürülməsində yeni mərhələyə çataraq, saniyədə 402 terabit (Tbp/s) sürət rekordu vurublar.

İndex.az xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Bildirilir ki, yeni mərhələ Böyük Britaniyanın orta genişzolaqlı sürətindən beş milyon dəfə sürətlidir. Bu temp cəmi bir saniyə ərzində 12 500-ə yaxın filmi yükləməyə imkan verir.

Bu nəticəyə nail olmaq üçün yapon mütəxəssisləri yeni texnikadan istifadə ediblər. Bunun sayəsində əvvəllər istifadə olunmamış dalğa uzunluğu diapazonlarından istifadə etmək mümkün olub. Bu, rabitə infrastrukturunun imkanlarını əhəmiyyətli dərəcədə artırmağa imkan verib.

Rekordun laboratoriya şəraitində qeydə alınmasına baxmayaraq, alimlər məlumatların okeanlararası məsafələrə ötürülməsi imkanlarını daha da genişləndirməyə ümid edirlər.

Müqayisə üçün qeyd edək ki, 5G şəbəkələrində məlumat ötürmə sürəti 10 Gbit/s ilə məhdudlaşır ki, bu da 4G-dən təxminən 10 dəfə yüksəkdir.