"Qanun üzrə vərəsələrin miras almaq hüququnun yaranması həm qanun üzrə, həm də vəsiyyət üzrə ola bilər. Qanun üzrə vərəsələr aşağıda göstərilən növbədə müəyyən edilmişdir:
1. 1-ci növbə: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);
2. 2-ci növbə ölənin bacıları və qardaşları;
3. 3-cü növbə həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası;
4. 4-cü növbə xalalar və bibilər, dayılar və əmilər;
5. 5-ci növbə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.
Vəsiyyət üzrə vərəsəlik isə fiziki şəxsin ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyətnamə tərtib etməklə qoya bilər. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.
Vəsiyyətnamənin məzmunundan aslı olmayaraq qanun üzrə vərəslər məcbur pay almaq hüququna malikdirlər. Mirtası qalacaq şəxs öz övladlarından birini və ya bir neçəsini , ərini və ya arvadını mirasdan məhrum etmək üçün öz əmlakını digər şəxsə vəsiyyət edir və hesab edir ki, ona məxsus əmlak bütünlüklə vəsiyyət etdiyi şəxsə çatacaq. Mülki qanunvericilikdə təsbit olunmuş "mirasda məcburi pay" institu özündə onu ehtiva edir ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını məcburi pay təşkil etməlidir. Məcburi pay almaq hüququndan məhrum etməni miras qoyan hələ öz sağlığında ləyaqətsiz vərəsə hesab edilməsi üçün məhkəmədə iddia qaldırmaq etmək yolu ilə həyata keçirə bilər. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
Bunun üçündə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə kimi tanınmada vərəsəlik hüququ haqqında şəhadətnamə hüquq müəyyənedici sənəddir və vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir".
Alim Hüseynli
Olaylar.az