Müğənni Hande Yener yeni açıqlaması ilə gündəm olub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bodrumda sevənləri qarşısında çıxış edən ifaçı "yaşlanmaq" kəliməsini qadağan etdiyini deyib.
Ard-arda dinamik ifalar səsləndirən Hande ailə üzvlərinə və qohumlarına bu sözü işlətməyi qadağan edib:
"Mənim üçün yorğunluq deyə bir şey yoxdur. "Yaşlanmaq" kəliməsini ətrafımdakılara qadağan etdim. Bu kimi sözlərə həyatımda yer yoxdur".