EN

Bayden məhkəmənin Trampla bağlı qərarına etiraz etdi

ABŞ Prezidenti Co Bayden sabiq prezident Donald Trampın \"mütləq toxunulmazlıq\" hüququna malik olması barədə danışıb.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Ağ Evdə açıqlamalar verən Bayden məhkəmənin qərarını sərt şəkildə pisləyib və bunu qanun qarşısında bərabərlik prinsipini aradan qaldıran \"təhlükəli presedent” adlandırıb.

Məhkəmə qərara alıb ki, keçmiş prezidentlər konstitusion səlahiyyətləri çərçivəsində hərəkətlərinə görə təqib olunmaqdan \"mütləq toxunulmazlıq\" hüququna malikdirlər.

Bayden bildirib ki, bu qərarla seçicilər qarşıdan gələn prezident seçkilərində Respublikaçılar Partiyasının ehtimal namizədi Trampın bir daha prezidentliyə layiq olub-olmamasına qərar verəcəklər.

Qeyd edək ki, Bayden ötən həftə Trampla teledebatda mürtəce çıxış edib.
  
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
azxeber.com

1Sources